20 C
Baku
Wednesday, October 16, 2024

Azərbaycana idxal edilən buğda 18% ucuzlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 758 956 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 166 milyon 453 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4.2%, dəyər baxımından isə 21% azdır.

Belə ki, ötən ilin doqquz ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 266 dollar olubsa, bu ilin eyni dövründə bu rəqəm 219 dollara kimi artıb (orta qiymət təxminən 18% azalıb).

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.14%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər