12 C
Baku
Monday, November 25, 2024

Azərbaycana idxal edilən məhsullar 20%-dən çox bahalaşıb

2023-cü ilin aprel ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100.9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 118.8 faiz, 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 120.5 faiz təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin may ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 465.98 manat təşkil etmişdir.

2023-cü ilin aprel ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 99.4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 73.6 faiz, 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 82.9 faiz təşkil edib.

İxrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi 2023-cü ilin aprel ayında əvvəlki ayla müqayisədə 100.1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 102.7 faiz, 2023-cü ilin
yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 103.2 faiz olub.

Son xəbərlər
Digər xəbərlər