2023-cü ilin yanvar-aprel ayında Azərbaycana xaricdən 24 milyon 936 min dollar dəyərində 14 261 ton ət idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin eyni ayları ilə müqayisədə ət idxalı dəyər ifadəsində 18%, miqdar ifadəsində isə 16.5% artıb.
Ötən ilin 4 ayında Azərbaycana 21 milyon 145 min dollar dəyərində 12 239 ton ət idxal edilmişdir.
1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1728 dollardan 1749 dollara yüksəlib (21 dollar artım).
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.47%-ni təşkil edib.