10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycana idxal zamanı aksizli mallardan tibbi sığorta haqqı tutulacaq

Azərbaycana idxal zamanı gömrükdə aksizli mallardan tibbi sığorta haqqı tutulacaq.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif olunur.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanunun 15-10.1.7-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, tütün məmulatlarının 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqları kimi icbari tibbi sığorta fonduna ödənilməlidir. Ancaq istehsal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizmi “Tibbi sığorta haqqında” qanunda qeyd olunsa da, idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizmi nəzərdə tutulmayıb.

Qanunun 15-11.8-ci maddəsində nəzərdə tutulan dəyişikliyin məqsədi məhz idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir. Beləliklə, həmin aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulacaq.

“Tibbi sığorta haqqında” qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Sözügedən qanunun 16-4.4-1-ci maddəsinə əsasən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2022-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər