10 C
Baku
Thursday, December 26, 2024

Azərbaycana qanunsuz xarici valyuta gətirilməsinin qarşısı alınıb

Azərbaycan gömrük orqanları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilər, siqaretlər və xarici valyuta aşkar edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunda gəmi ilə ölkəmizə daxil olan minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmayan 84 ədəd spirtli içki və 1200 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ixrac nəzarət xəttinə daxil olan “Volvo” markalı avtomobilin sürücüsünün üzərində yoxlama zamanı isə gömrük orqanına bəyan edilməyən 5 340 ABŞ dolları aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər