2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın 29 milyard 521 milyon dollarlıq ixracın 27 milyard 404 milyon dolları və ya 92.83%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 9 ayında 14 milyard 897 milyon dollarlıq xam neft, 12 milyard 103 milyon dollarlıq təbii qaz ixrac edilib.
Ötən ilin eyni dövründə 9 milyard 303 milyon dollarlıq xam neft, 2 milyard 951 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, gəlirlər xam neft ixracından 60%, təbii qaz ixracından isə 4.1 dəfə artıb.