“Akkord”un şirkətinin dövlətə 1.2 milyon manat vergi borcu var

“Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında vergi borcu var.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Akkord Hydrotechnical Construction Company” MMC-nin 1 169 069 manat vergi borcu var.

Xatırladaq ki, “Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 274 541 manatdır və qanuni təmsilçisi Şahin Şirinovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər