Hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası ilə bağlı subsidiya mexanizminin yaradılması nəzərdə tutulub.
Bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Bununla yanaşı, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili ilə bağlı da subsidiya mexanizminin yaradılması nəzərdə tutulur.
Hər iki istiqamət üzrə ilkin mərhələdə subsidiya şərtləri müəyyən ediləcək və müvafiq normativ hüquqi akt layihələri hazırlanacaq. Növbəti mərhələdə normativ hüquqi aktların təsdiq edilməsi, yekunda isə subsidiya mexanizmlərinin tətbiqinə başlanılması planlaşdırılır.
Tədbirlərin əsas icraçısı Dövlət Turizm Agentliyidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holdinq, “Azərbaycan Hava Yolları” QSC (AZAL), İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi digər icraçılar kimi müəyyənləşdirilib.







