5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana xaricdən gələn geyimlərin qiymətləri bahalaşıb

2020-ci ilin 1 avqust tarixinə olan göstəriciyə görə, Azərbaycana idxal olunan toxuculuq və ayaqqabı məhsullarının qiyməti artıb, ixrac etdiklərimiz isə, əksinə, ucuzlaşıb. Banker.az bu barədə AzStatKom-a istinadən bildirir.

AzStatKom-un rəqəmlərinə görə, ümumi olaraq, toxuculuq materialları və məmulatlarının idxal qiymət indeksi 1 avqust tarixinə 140.5%, ixrac isə 93.4% təşkil edib. Yəni, xaricdən gətirdiyimiz toxuculuq məhsullarına xərclərimiz 40.5% artmış, xaricə satdığımız məhsulların qiyməti isə 6.6% ucuzlaşmışdır. Azərbaycana xaricdən $213.88 mln. toxuculuq məhsulu idxal olunub, $98.36 mln. isə xaricə ixrac olunub.

Toxuculuqda xüsusi diqqət çəkən isə iki qat artımla idxal olunan ipəkdir ki, bunun da indeksi 218% üzərində olub.

Ayaqqabı, baş geyimləri, çətirlər, çəliklər, lələklər, süni güllər üzrə qrupda isə qiymət indeksi idxalda 123.5%, ixracda isə 97% təşkil edib. Bu isə idxal edilən məhsullar üzrə xərclərin 23.5%, ixrac olunan məhsulların isə qiymətində 3% ucuzlaşma deməkdir. Azərbaycana 2020-ci ilin ilk 7 ayında $40.94 mln. idxal, $0.37 mln isə ixrac olunub.

 

56

Son xəbərlər
Digər xəbərlər