15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycana xarici investisiya təşviqi ilə bağlı strategiya qəbul ediləcək

Azərbaycana birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır.

Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

“Həmin strategiyanın bu il qəbul edilməsini gözləyirik. Sənəddə investisiya yatırılması gözlənilən sahələr müəyyən edilib. Prezident İlham Əliyev ölkədə irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Bu layihələr çərçivəsində sənaye zonaları, sənaye parkları yaradılıb. Onlar bizə imkan yaradır ki, xarici investorları ölkəyə cəlb edək. Biz investorlara yaxşı şərait təklif edirik”, – deyə o, qeyd edib.

Bundan başqa, Y.Abdullayevin sözlərinə görə, AZPROMO ‘‘İnvest in Azerbaijan” saytı üzərində iş aparır: ‘Bu saytda Azərbaycanda investorlar üçün yaradılan şərait, tətbiq edilən imtiyazlar barədə məlumatlar yer alacaq, cari layihələr barədə məlumatlar veriləcək. Kənd təsərrüfatı sahəsi bizim üçün prioritetdir. Həmçinin, enerji, logistika, nəqliyyat, sənayenin şaxələndirilməsi bizim üçün çox önəmlidir. Bu sayt investorlar üçün faydalı olacaq‘‘.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər