Bu ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub.
Banker.az bu barədə Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2018-ci ilin müvafiq dövründə isə Azərbaycana xarici ölkələrdən 187 milyon 540 min dollar dəyərində 992 min 353 ton buğda idxal edilmişdi.
Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal edilən buğdanın qiyməti ötən ilin eyni dövrüylə müqayisədə 132 milyon 153 min dollar və ya 1,7 dəfə bahalaşıb, miqdarı isə 495 min 365 ton artıb.