23 C
Baku
Friday, April 19, 2024

Azərbaycana yanvarda idxal edilən kərə yağları bahalaşıb

2023-cü ilin yanvar ayında Azərbaycana 5 milyon 789 min dollar dəyərində 920 ton kərə yağları idxal olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin yanvarında Azərbaycana 6 milyon 378 min dollar dəyərində 1 138 ton kərə yağları idxal olunmuşdu. Beləliklə, kərə yağları idxalı dəyər ifadəsilə 9%, miqdar ifadəsilə 19% azalıb.

Bir ton kərə yağının orta idxal qiyməti illik müqayisədə 5 604 dollardan 2023-cü ilin yanvarında 6 292 dollara yüksəlib. (artım 688 dollar)

Son xəbərlər
Digər xəbərlər