Bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu dinamika iqtisadiyyatın şaxələndirilməsi, şəffaflaşmanın miqyasının genişləndirilməsi və vergi inzibatçılığının keyfiyyətinin artırılmasının nəticəsidir.