12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda əhali əllərindəki nağd avro, funt və rublun banklara satışını kəskin artırıb

Bu il Azərbaycan əhalisi avro, funt-sterlinq və rus rublunun banklarda konvertasiyasını artırıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin ilk 10 ayında banklar əhalidən 76.36 mln. avro, 25.96 mln. ingilis funt-sterlinqi və 16.04 mlrd. rus rublu alıblar ki, bu da illik müqayisədə müvafiq olaraq, 33%, 366% (4.5 dəfə) və 9% artım deməkdir.

Banklar isə əhaliyə 181.34 mln. avro, 19.39 mln. funt sterlinq və 1.83 mlrd. rus rublu satıblar. Bu da müvafiq olaraq 25%, 130% (2.3 dəfə) və 2% illik müqayisədə artmış olub.

Son bir ildə funt sterlinq dollara qarşı 10%, avro isə 7%-ə qədər dəyər itirib.

Xatırladaq ki, həmin tarixdə banklar əhalidən aldığı nağd dollarların həcmi illik müqayisədə 53% artımla $1.76 mlrd.-a, onlara satışı isə 47% artımla $2 mlrd.-a çatıb.

Son xəbərlər
Digər xəbərlər