10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda əhalini aldadıb kart hesablarını ələ keçirən şəxs yaxalandı

“İnstagam” və “Facebook”da silah satışa çıxaran yaxalanıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumta görə, respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində sosial şəbəklərində saxta profillər vasitəsi ilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

 

Saxlanan şəxs - Şəki rayon sakini Elşən Ağaməmmədzadə
Saxlanan şəxs – Şəki rayon sakini Elşən Ağaməmmədzadə

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə “İnstagam” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib.

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsi ilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Silahların satışa çıxarıldığı sayt
ANS PRESS
Son xəbərlər
Digər xəbərlər