5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesi təkmilləşdiriləcək

Hökumət uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsini davam etdirəcək

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə sosial müdafiənin gücləndirilməsi istiqamətlərini müəyyən ediblər.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının bu istiqamətdə 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi, iş yerlərində şəxslərin təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənilib hazırlanması, müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi, əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsi də var.

Son xəbərlər
Digər xəbərlər