Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 5 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 7 milyard 591 milyon manatının və yaxud 22,2 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,3 % çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 3 milyard 376 milyon manatını və yaxud 44,5 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 215 milyon manatını və yaxud 55,5%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 7,3 % və 3,8 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər