9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda əlilliyin yeni meyarlarla təyinatına başlanılıb

Azərbaycanda iyulun 1-dən əlilliyin yeni meyarlarla təyinatına başlanılıb.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edən şəxs qeydiyyatı üzrə poliklinkaya yaxınlaşmalıdır və şəxslə bağlı göndəriş rəsmləşdirildikdən sonra 15 iş günü ərzində qiymətləndirilmə aparılacaq. İyulun 1-dən göndərişi rəsmiləşdirilən vətəndaşların müraciətləri yeni meyarlarla qiymətləndiriləcək.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər