-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda əmək qabiliyyətli 290 min əlil işsizdir

“Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi real olaraq məşğuldurlar”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov deyib.

Onun sözlərinə görə, 620 min əlilliyi olan şəxsin 350 mini əmək qabiliyyətidir: “Onların da təqribən 60 mini məşğuldur. Əhalinin həssas qrupları ilə iş aparmaq çox vacibdir. Hazırda ölkə üzrə 40 minə qədər vətəndaş özünəməşğulluq layihələrinə iştirak etmək üçün növbədədir. Prezidentin tapşırığına uyğun olaraq gələn il bu proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu layihənin genişləndirilməsi üçün Dünya Bankının krediti cəlb edilir. Yaxın vaxtlarda il ərzində iştirakçıların sayının 15 minə qədər artıracağıq”.

©Azxəbər.com

Son xəbərlər
Digər xəbərlər