13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda əməkhaqqı artımı kimlərə şamil olunacaq? – Açıqlama

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir”.

Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, minimum əməkhaqqındakı gözlənilən artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək:

“Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişikliyə uyğunlaşdırılaraq artırılır. İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının gözlənilən artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.

Deputat qeyd edib ki, gözlənilən artımlar özəl sektoru da əhatə edir:

“Gələn ilin əvvəli üçün gözlənilən minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni, heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər