Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artmışdır.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əmanət portfelinin 53%-i (6.196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18.818.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit
portfelinin 88.4%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil edib.