Azərbaycanda son bir ildə və son bir ayda ən çox bahalaşan tikinti materiallarının siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, rəsmi olaraq ən çox bahalaşma kəsilmiş taxtada müşahidə edilib. Kəsilmiş taxtanın hər kubunun qiyməti son bir ildə 42% bahalaşaraq 455.64 manata çatıb, lakin öncəki ayla müqayisədə 0.5% ucuzlaşıb. Bu barədə Statitika Komitəsi bildirir.
Alçipanın hər kvadrat metrinin qiyməti son ildə 35% bahalaşmaqla 5.16 manata yüksəlib.
Tikintidə əsas istifadə olunan sementin hər 50 kq-lıq kisəsinin qiyməti 7.45 manatdan 8.44 manata qədər, 13.3%-lik bahalaşma yaşayıb.
Son ayda isə lambrin, metal kirəmit, polietilen su borusu, pənсərə şüşəsi, divar kağızı üçün yapışqan və ağaс-lifli lövhə 1%-dən çox bahalaşıb.
Məhsulun adı | Vahid | 2020 | 2021 | İllik müqayisə | ||
Yanvar | Oktyabr | Noyabr | Ilin əvvəlindən | Aylıq | ||
Kəsilmiş taxta | 1 kub m | 320.41 | 458.01 | 455.64 | 42.2% | -0.5% |
Alçipan | 1 kv.m | 3.81 | 5.14 | 5.16 | 35.4% | 0.4% |
Ağaс-yonqar lövhə | 1 kv. m | 8.73 | 10.95 | 11.05 | 26.6% | 0.9% |
Ağaс-lifli lövhə | 1 kv. m | 10.09 | 12.62 | 12.74 | 26.3% | 1.0% |
Metal kirəmit | 1 kv. m | 9.28 | 10.99 | 11.15 | 20.2% | 1.5% |
Ruberoid | 1 kv. m | 1.55 | 1.85 | 1.86 | 20.0% | 0.5% |
Vanna | 1 ədəd | 207.78 | 246.86 | 247.55 | 19.1% | 0.3% |
Kanalizasiya borusu | 1 metr | 1.86 | 2.17 | 2.19 | 17.7% | 0.9% |
Polietilen su borusu | 1 metr | 1.37 | 1.58 | 1.60 | 16.8% | 1.3% |
Plastik tavan, divar örtüyü (lambrin) | 1 kv.m | 5.34 | 6.00 | 6.09 | 14.0% | 1.5% |
Parket üçün lak | 1 litr | 5.92 | 6.72 | 6.72 | 13.5% | 0.0% |
Sement | 50 kq | 7.45 | 8.43 | 8.44 | 13.3% | 0.1% |
Kərpiс | 1 ədəd | 0.38 | 0.43 | 0.43 | 13.2% | 0.0% |
Yağlı boya | 1 litr | 6.18 | 6.90 | 6.96 | 12.6% | 0.9% |
Sulu boya | 1 litr | 2.61 | 2.92 | 2.93 | 12.3% | 0.3% |
Su tənzimləyiсi сihaz | 1 ədəd | 23.74 | 26.24 | 26.34 | 11.0% | 0.4% |
Nitro boya | 1 litr | 5.85 | 6.41 | 6.42 | 9.7% | 0.2% |
Divar kağızları | 1 rulon | 16.74 | 18.16 | 18.29 | 9.3% | 0.7% |
Keramik plitə yapışdırıcısı | 20 kq | 5.13 | 5.54 | 5.56 | 8.4% | 0.4% |
Parket | 1 kv. m | 21.38 | 23.04 | 23.13 | 8.2% | 0.4% |
Divar kağızı üçün yapışqan | 1 kq | 19.99 | 21.26 | 21.48 | 7.5% | 1.0% |
Laminat parketi | 1 kv. m | 14.89 | 15.86 | 15.99 | 7.4% | 0.8% |
Divar alçısı | 1 kq | 0.29 | 0.31 | 0.31 | 6.9% | 0.0% |
Pənсərə şüşəsi | 1 kv. m | 13.56 | 14.33 | 14.48 | 6.8% | 1.0% |
Unitaz | 1 ədəd | 112.61 | 119.84 | 120.21 | 6.7% | 0.3% |
Çanaq | 1 ədəd | 61.66 | 65.12 | 65.43 | 6.1% | 0.5% |
Keramik plitə | 1 kv. m | 13.70 | 14.34 | 14.46 | 5.5% | 0.8% |