Azərbaycanın 2021-ci ilin yanvar-iyun aylarında iqtisadi rayonlarına yatırılan sərmayenin məbləği məlum olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Respublika üzrə cəmi 6 milyard 43 milyon 431 min manat investisiya yatırılıb. Belə ki, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Paytaxtda bu göstərici 4 milyard 105 milyon 816 min manat təşkil edib.
Digər yerlərdə isə Naxçıvan şəhəri (564 milyon 609 min manat), Abşeron rayonu (307 milyon 328 min manat), Sumqayıt şəhəri (140 milyon 595 min manat) tutur.