12 sentyabr 2026-cı ildə, saat 10:00-da Gəncə şəhəri, Cavadxan küçəsi, 1 ünvanında “Kəpəz Mehmanxana” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. Cəmiyyətin ləğv edilməsi haqqında,
2. Ləğvetmə Komissiyasının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında,
3. Cəmiyyətin Müşahidə Şurasının, İdarə Heyətinin, Maliyyə-Təftiş Müfəttişinin səlahiyyətlərinə xitam verilməsi haqqında,
4. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın qəbul edilməsi haqqında;
5. Digər məsələ.
Xatırladaq ki, ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 917 284 manatdır və qanuni təmsilçisi Elvin Əhmədlidir.







