1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 1 mlrd. kubmetrdən çox su itkiyə gedib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda su mənbələrindən 4.9 milyard kubmetr su götürülüb, bundan əkin sahələrinə 3.6 milyard kubmetr suyun verilməsi təmin edilib.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib. Beləliklə, götürülən suyun 1.3 milyard kubmetri və ya 26.5 %-i itkiyə gedib.

“Su itkisinə qarşı görülən təbdirlər çərçivəsində hesabat dövründə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 17.58 milyon kubmetr həcmində lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda çay məcralarında 4.173 milyon kubmetr həcmində məcratəmizləmə və tənzimləmə, o cümlədən bəndlərin yüksəldilməsi və möhkəmləndirilməsi üzrə 2.924 min kubmetr həcmində torpaq işləri görülüb, sahilbərkitmə tədbirləri üzrə 1 883 pm uzunluğunda mühafizə bəndləri tikilib.

6 ay ərzində həyata keçirilən meliorativ tədbirlər nəticəsində 1.3 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə əlavə edilib, 800 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb”, – ASC-dən bildirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər