Azərbaycanda müxtəlif şirkətlər mühsaib üzrə 11 vakansiya elan edib.
1. Marine Technical Solutions MMC – Mühasib
Vəzifə öhdəlikləri:
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Anbar proqram təminatına materialların mədaxil və məxaric edilməsi
– Ödəmələrə nəzarət etmək avans hesabatlarını aparmaq.
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Bank ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti.
Tələblər:
– Ali təhsilli
– Rəsmi bütün hesabatları vermək qaydalarını bilməli və bu sahədə təcrübəsi olmalı
– Mühasib vəzifəsində ən az 3 illik təcrübəsi olmalı.
– Microsoft office programlarında əla səviyyədə işləyə bilməli
– 1C 7.7 də işləməyi bacaran
– Yalnız kişi namizəd
İş şəraiti:
– 09:00-dan 18:00-a qədər iş vaxtı
– 13:00-dan 14:00-a qədər nahar fasiləsi
– Nahar şirkət tərəfindən verilir.
– Şənbə, bazar istirahət günləri.
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Şirkətimiz haqqında məlumatı www.marinets.az saytından əldə edə bilərsiniz.
CV-lərinizi “Mühasib” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
2. “Luxury Life Group” – Mühasib
Namizədə tələblər
-Təcrübə: Ən azından 5 il mühasib vəzifəsində
-Təhsil: Ali iqtisadi və ya maliyyə
-Dil bilikləri: Azərbaycan və rus əla, ingilis orta (pre-intermediate)
-Kompüter bilikləri: MC Office, 1 c və Excel
-Bilməlidir: AR-nın Mühasibat uçotu haqqında Qanununu
-AR Vergi Məcəlləsini və Əmək Məcəlləsini
-Fərdi Sahibkarın maliyyə-təsərrüfat fəaliyyətini
-Beynəlxalq yazışmaları apara bilmək bacarığı
-Şəxsi keyfiyyətlər: Dəqiq və məsuliyyətli
-Xarici tərəfdaşlarla ingiliscə yazışma bacarığı
Vəzifə funksiyaları
-İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması,
-Müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
-Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq, ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirilməsi və icrası
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını müəyyən olunmuş müddətdə keçirtmək
-Müasir standartlara uyğun olaraq, müvafiq hesabatların dövlət orqanalarına təqdim olunması
-Əmək məzuniyyəti qrafiklərinin hazırlanması və buna nəzarət
-Tabel uçotunun aparılması
-İşəgötürənin və baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi
Əmək haqqı: Namizədin bilik və bacarığından asılı olaraq müasahibə əsasında təyin olunur.
Marağı olan şəxslər (namizədlər) öz CV-lərini (fotoşəkil daxil olmaqla) pdf formatında, mövzu yerində “Mühasib” vəzifəsinin adını qeyd etməklə [email protected] ünvanına 15.06.2018-ci il tarixinə qədər göndərə bilər.
3. Avrora – İstehsalat üzrə mühasib
Vəzifə və öhdəlklər:
• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqılarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərii təmin etməli;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
Namizədə olan tələblər:
• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
• Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• ERP sistemləri üzrə bilik və təcrübələri olmalı, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
• Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
4. Norm Sement zavodu – Əsas vəsaitlər və İnventarizasiya üzrə mühasib
Əsas vəzifə və öhdəliklər:
• Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi
• İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi
• Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu
• Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu
• Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək
• Əsas vəsaitlərin uçotunun başa çatdırılması və SAP sistemində müvafiq qeydiyyatın aparılması
• Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi
• Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
• İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək
• Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi
• İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi
• Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi
• Capex və ya Opex uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq
• Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq
• Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi
• Mal-materialların hər həftə və hər ay yoxlanılması, fərqlərin qeydiyyatının aparılması
• Mal-materialların ERP sistemi-SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət
• Inventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək
• Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq
• Satınalmalarla bağlı PR, PO və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək
Tələblər:
• İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi. Mühasibatlıq üzrə diplom
• Əsas vəsaitlər və inventar üzrə mühasibatlıq sahəsində 2+ il iş təcrübəsi
• İngilis dili
• MS Office programları orta səviyyədə, MS excel üzrə səriştə
Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15.04.2018
5. “Xurcun” mağazalar şəbəkəsi – Mühasib köməkçisi
Əmək haqqı : 400-600 AZN
Yaş həddi: 22-30
İşin təsviri:
– Mühasibatlıq və vergi üzrə biliklərə malik olmaq
– MS Office programlarında sərbəst işləməli
– 1 C (8.3 rus versiya) sərbəst işləmək. Malların və xidmətlərin mədaxil, məxaric, anbarlar arası yerdəyişmə, qiymət qoyulması komletasiyaların icrası, kassa mədaxil məxaric orderlərinin, bank çıxarışlarının və kassa çeklərinin işlənilməsi.
Tələblər:
– Mühasibatlıq sahəsi üzrə 1 il iş təcrübəsi
– Excel proqramında işləmək bacarığı olmalı
– Azərbaycan və Rus dili yaxşı səviyyədə bilməli
İş qrafiki:
– Həftə içi 6 gün saat 08:00 -18:00 –a dəkdir.
Maraqlanan namizədlər mövzu yerində “Mühasib köməkçisi” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
6. Mühasib – Səba ASC
Əmək haqqı – 600-700 AZN
İş barədə məlumat
– “Səba ət-süd” mağazası üzrə maliyyə hesabatlarının gündəlik, aylıq və rüblük hazırlanması və menecmentə və dövlət qurumlarına təqdim edilməsi;
• Gəlirlər və xərclər haqqında hesabat
• Pul axını cədvəli
• Balansın qurulması
– “Səba ət-süd” mağazalarına aid olan gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi;
– “Səba ət-süd” mağazaları tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
– Kassa əməliyyatlarının uçotunun aparılması;
– “Səba ət-süd” mağazalarında çalışan şəxslərin xidmət haqqının hesablanmasına dair hesabatların hazırlanması;
Namizədə tələblər
– Ali təhsil (Maliyyə, mühasibat uçotu sahəsində arzuolunandır.);
– Ən azı 2-3 il iş təcrübəsi olmalıdır;
– 1C Proqramında, Excell proqramında işləmə bacarığı;
– Stresədavamlı, tələbkar, məsuliyyətli;
– Azərbaycan dilində danışıq və yazı qabiliyyətinə malik olmalı;
– Vergi qanunvericiliyindən məlumatlı olmalı;
Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq, zəhmət olmazsa, [email protected] elektron ünvanına göndərərdiniz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
7. Premium Transport MMC – Baş Mühasib
Tələblər:
– 25-40 yaş həddi
– min 3 il müvafiq sahədə iş təcrübəsi
– müvafiq sahə üzrə ali təhsil
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir.
– Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
– Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
– Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
– Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
Şərtlər:
– Müsahibə əsasında
– 5 günlük iş rejimi, 9.00-17.00
– Nahar və nəqliyyat şirkət tərəfindən təmin edili
• Şirkət Qaradağ ərazisində yerləşir
Namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər
8. “Sədərək Ticarət Mərkəzi” – Mühasib
İş yeri – Sədərək Ticarət Mərkəzinin Baş ofisi
Tələblər:
– Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
– 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
– Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
– Ezamiyyətlərə hazır olmalıdır.
Vəzifələr:
– Kassa dövriyyəsinə nəzarət və pul hərəkəti cədvəllərinin hazırlanması;
– Mal-materialların uçotunun aparılması, hərəkət və qalıqlara nəzarət;
– Əsas vəsaitlər və inventarların qeydiyyatı, hərəkətinə və qalıqlarına nəzarət;
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
İş şəraiti:
– 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 09:00 – 13:00);
– İşçilər firma tərəfindən nahar yeməyi ilə təmin edilir;
– Əmək haqqı – 700 manatdan başlayır. (Vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə uyğun olaraq əmək haqqı təklif ediləcək)
E-mail: [email protected]
9. Qartal Tikinti Firması – Baş mühasib
Əmək haqqı: Razılaşma əsasında
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
– Ali təhsil
– ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 3 il iş təcrübəsi
– Vergi məcəlləsini, mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək;
– Bank əməliyyatlarının həyata keçirilməsi, elektron qaimə və vergi hesab fakturaların yazılması, kassa, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsini bacarmaq;
– Mal-materialların uçotunun aparılması, material silgisi aktlarının tərtib olunmasını bacarmaq;
– Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi.
– Müqavilələr üzrə hesabların hazırlanması, debutor borcların ödənilməsi, ödəniş tapşırıqlarının yazılması və qeydiyyatının aparılmasını bilmək;
– İllik mənfəət bəyənnaməsinin tərtib edilməsini bacarmaq;
– Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və s. hesablanmasını bacarmaq;
– Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, Excel, Word, Outlook)
İş haqqında məlumat:
– İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir
– İş saatı 09:00-18:00.
– İstirahət günü – Şənbə və Bazar günləri.
– Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur.
– Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə vasitələri: CV-nizi movzu hissəsində “Baş mühasib” qeyd edərək [email protected] email ünvanına göndərin.
10. “AO” MMC- Mühasib
İş yeri: Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin və məzuniyyətlərin hesablanması, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır);
• Kompüter bilikləri (Microsoft Office, əsasən də Excell proqramı və 1C);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda üzvü olmaq bacarığı;
İş şəraiti:
İş günləri: Həftənin 5 günü, istirahət şənbə və bazar.
İş saatı: 09:00 – 18:00
Qeyd: Əmək haqqı müsahibə zamanı təyin ediləcəkdir.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – fotoşəkil ilə) [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində “Mühasib” sözünü qeyd edəsiniz.
11. AF Holding – Mühasib
Tələblər:
• Sumqayıt və Xırdalanda yaşayanlar
• Ancaq xanım namizədlər
• Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 7.7 və ya 8.2)
• Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir
• Analitik düşüncəyə malik olmaq
• Otel proqramlarından məlumatı olmalıdır (Hazırki proqram: Electra)
Vəzifələr:
• Otelin məxaric və mədaxilin nəzarəti
• Lazımi sənədləri hazırlamaq
• Müdüriyyətin tapşırıqlarına əməl etmək
• Bütün əməliyyatların sistemə daxil edilməsi
İş şəraiti:
• İş rejimi növbəlidir
• İş Novxanı qəsəbəsində yerləşir
E-mail: [email protected]