Azərbaycanda 13 yaşlı BOKT rebrendinqə gedir – Bazarda yeni adla çıxış edəcək

Azərbaycanda 13 yaşlı bank olmayan kredit təşkilatı “Effektinvest” MMC rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

Belə ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə təşkilat bundan sonra Bank Olmayan Kredit Təşkilatı “Alfa Kapital” MMC kimi çıxış edəcək.

Təşkilatın Müşahidə Şurasına Köçərli Fərid Fəxrəddin oğlu sədrlik edir. Şuranın üzvləri isə Əkbərov Bəhruz Ziyaddin oğlu və Köçərli Əli Fəxrəddin oğludur.

Audit nəzarəti istiqamətində isə Audit Komitəsinə Əfəndiyev Fuad Səffər oğlu rəhbərlik edir. Komitənin üzvləri Həsən-zadə Adil Əli oğlu və Şərifov Elçin Mərdan oğludur.

Təşkilatın icraedici rəhbərliyi Cavadov Murad Şirin oğlu tərəfindən həyata keçirilir.

Xatırladaq ki, BOKT “Effektinvest” MMC 2013-cü ildə yaradılıb və 1 020 000 manat nizamnamə kapitalı var, qanuni təmsilçisi Murad Cavadov Şirin oğludur.

Əsas səhmdarlar:

  • Şirin Cavadov – 52.8% pay
  • Fərid Köçərli – 45.5% pay
  • Elçin Niftiyev – 1.7% pay
Son xəbərlər
Digər xəbərlər