17 C
Baku
Saturday, May 18, 2024

Azərbaycanda 1389 minik avtomobili yığılıb, 229-u anbarlarda qalıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1389 ədəd minik avtomobilləri istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1% və ya 139 ədəd artıb.

01.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 229 ədəd təşkil edib.

Cari ilin ilk 8 ayı ərzində Azərbaycanda 404 ədəd traktor istehsal edilib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 6.6 faiz azalıb. 01.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 27 ədəd təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər