19 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Banker.az-a qurumdan bildirilib.

Məumata görə, hərrac rəqabətli olub. Belə ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib. “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 6 450 manata yüksəlib. İlkin start qiyməti 2 500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4 400 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33QHMs )

Növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər