İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçidiyi növbəti hərracda “Sabirabad Təmir-tikinti” və “Ucar ağac emalı” ASC-lərin müvafiq olaraq 44,82 %-lik və 30,06 %-lik səhm paketləri satılıb.
Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bundan başqa hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib. O cümlədən 3 500 manat ilkin start qiyməti ilə təklif edilən “Volkswagen Passat” markalı avtomobil 4 210 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərrac mayın 30-da olacaq. Hərraca 40 dövlət əmlakı çıxarılacaq. Bunlardan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.