2 ay əvvəl yaranmış şirkət bağlandı.
Banker.az xəbər verir ki, “Ademoğlu Mobilya” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1042 Bakı şəhəri, Suraxanı rayonu, C. Əliyev küçəsi, ev 34F, ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Ademoğlu Mobilya” MMC 2021-ci ilin fevralında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Zabit Behbudlu-dur.