6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 2 balıq şirkəti bölünür

“Neftçala balıq-əmtəə” ASC və “Oriyad balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 12 iyul 2022-ci il saat 09.00-da Səttar Bəhlulzadə adına mədəniyyət evində (Vladimir Balandin küçəsi 24, Suraxanı rayon İcra Hakimiyyəti binasının yanı) keçiriləcək.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə Səhmdar cəmiyyətindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması; Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi; Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi; Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərin həyata keçirilməsi üçün səlahiyyətli şəxslərin təyin edilməsi daxildir.

Səhmdarlar ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər. Səhmdarların ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənadlə iştirakı vacibdir. Ümumi yığıncağın materialları ilə tanış olmaq üçün idarə heyətinə müraciət etmək olar.

Son xəbərlər
Digər xəbərlər