Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Attestasiya Komissiyası bu günə qədər 10 bank inzibatçısının attestasiyasını həyata keçirib. Palatadan verilən məlumata görə, bunlardan 8-i iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 2 nəfər isə attestasiyadan keçə bilməyib.
“Sığorta və kapital bazarları sahələrində attestasiyanın test üsulu ilə keçirildiyini nəzərə alaraq, Komissiya tərəfindən test imtahanları ilə əlaqədar müvafiq hazırlıq işləri aparılır və yaxın gələcəkdə bu barədə məlumat veriləcək,” – deyə MBNP-dən bildirilib.
Xatırladaq ki, Attestasiya Komissiyasının tərkibi Palatanın Direktorlar Şurasının 12 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilib.
Report