9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırılıb

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.

“Banker.az”a bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olmuş, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf etmişdir. Fondun ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılmışdır. Ləğv prosesində olan 4 bank – “Royalbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Gəncəbank” ASC və “Dəmirbank” ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir.

Əlavə olaraq qeyd edək ki, 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893.598.111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32.236.851 manat məbləğində vəsait ödənilmişdir və bu proses davam etməkdədir.

Qanunvericiliklə bankların ləğv prosesinin bitməsi üçün konkret müddət müəyyən edilməsə də Fond tərəfindən qanunvericiliyin bu prosesə kompleks yanaşması nəzərə alınaraq ləğvetmənin mümkün qədər sürətli və effektiv şəkildə başa çatdırılması prinsipi əsas götürülməklə aparılmış məqsədyönlü iş və uğurlu fəaliyyət nəticəsində daha bir bank – “Bank of Azerbaijan” ASC-nin ləğv prosesinin tamamlanması istiqamətində növbəti mühüm mərhələ başa vurulmuşdur.

Məlumat üçün qeyd edək ki, “Bank of Azerbaijan” ASC 01.02.2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin bankın qorunan əmanətçilərinə 24.206.716,38 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Yuxarıda qeyd edilənlərin davamı olaraq bildiririk ki, Ləğvedici tərəfindən ləğv prosesinin sürətli və effektiv şəkildə həyata keçirilməsi istiqamətində aparılmış işlərin və görülmüş tədbirlərin nəticəsi olaraq artıq “Bank of Azerbaijan” ASC üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə əsasən ilk növbədə olan Fondun reqres hüququ üzrə tələblərinin ödənilməsi tamamlanmış və növbəti ödəniş növbəsinə keçilmişdir.

29.05.2024-cü il tarixdən başlayaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinin tələbinə uyğun olaraq növbəti mərhələ üzrə – bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaqdır.

 

 

Son xəbərlər
Digər xəbərlər