Azərbaycanda 2023-cü ilə qədər şərab istehsalı 2018-ci illə müqayisədə 24% artacaq
Azərbaycan hökuməti 2018-2022-ci illərdə ölkədə şərab istehsalında artım gözləyir.
Hökumətin proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə şərab istehsalı 1 mln. 259,4 min dekalitr təşkil edəcək (2017-ci illə müqayisədə artım 24,8%). Banker.az bu barədə İnterfaks-a istinadən xəbər verir.
2019-cu ilə şərab istehsalı 1 mln. 334,9 min dekalitr, 2020-ci ilə – 1 mln. 388,3 min dekalitr, 2021-ci ilə – 1 mln. 473 min dekalitr, 2022-ci ildə – 1 mln. 556 min dekalitr həcmində proqnozlaşdırılır.
Beləliklə, proqnozlara görə, 2023-cü ilə qədər Azərbaycanda şərab istehsalı 2018-ci illə müqayisədə 23,6% artacaq.
Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin mart ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramı ölkədə şərabçılığın inkişafına, bu sahənin gəlirliliyinin və ixrac potensialının artırılmasına yönəlib. Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biri şərab ixracını 2026-cı ilədək 5 dəfə artırmaqdır.
2017-ci ildə Azərbaycanda 1 mln. dekalitr şərabçılıq məhsulu istehsal olunub. Bunun 375 min dekalitri ixraca göndərilib.
Beləliklə, 2025-ci ilin sonuna şərabçılıq məhsullarının ixracı 1,875 mln. dekalitr təşkil etməlidir. 2017-ci ildə Azərbaycanın şərab məhsyullarının 1 tonunun orta ixrac qiyməti $1,2 min təşkil edib. Ötən il şərabçılıq məhsulları əsasən Rusiyaya (338 min dekalitr), 27 min dekalitr isə Çinə ixrac edilib.