21 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda 2023-cü il üzrə 1.1% iqtisadi artım qeydə alınıb

023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.1 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3.7 faiz artmışdır.

ÜDM istehsalının 40.5 faizi sənaye, 10.0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.2 faizi tikinti, 5.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 18.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 114.5 manata bərabər olmuşdur.

2323323223

Son xəbərlər
 ⁠
Digər xəbərlər