Azərbaycanda 2025-ci ildə qaz hasilatı 50 mlrd. kubmetrə çatacaq – Cədvəl

Azərbaycanda 2025-ci ildə qaz hasilatının təxminən 50 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 35,4% çoxdur.

Bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Proqnoza əsasən, 2025-ci ildə ölkədə hasil edilən qazın 38 233,6 mln. kubmetri əmtəəlik məhsulun payına düşəcək ki, bu da 46,7% artım deməkdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 36 713,3 mln. kubmetr təbii qaz hasil edilib, bunun 26 065,1 mln. kubmetri əmtəəlik məhsulunun payına düşüb.

Proqnoza əsasən, 2022-2025-ci illərdə Azərbaycanda təbii qaz hasilatının və onun əmtəəlik payının tədricən artması gözlənilir.

Azərbaycanda qaz hasilatının artım dinamikası:

(mln. kubmetr) 2022-ci il 2023-cü il 2024-cü il 2025-ci il
Qaz hasilatı 43 514 47 757,4 49 210,1 49 728,1
əmtəəlik qaz 32 301,9 36 867,7 38 106,4 38 233,6
MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər