9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 2,5 milyon nəfərin kredit borcu var

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2016-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda 2 milyon 550 min 916 nəfər borcalan (kredit borcu olanlar) qeydə alınıb. Bu isə ötən ilin yekunları ilə müqayisədə 5 192 nəfər və ya 0,2% çoxdur.

Mənbə bu barədə AMB-yə istinadən xəbər verir.

Cari ilin fevralın 1-nə xidmətin bazasında 11 milyona yaxın kredit haqqında informasiyalar saxlanılır. AMB-nin məlumatına görə, yanvar ayının yekunlarına görə, xidmətə daxil olan sorğuların sayı 164 026- dan 87 092-ə düşüb. Sorğuların 73,87%-i banklar tərəfindən edilib.

Bundan başqa, Azərbaycanda 2012-ci ildə 1 milyon 540 min borcalan, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2015-ci ilin yekunlarına görə isə 2 milyon 545 min 724 nəfər borcalan qeydə alınıb.

Qeyd edək ki, yanvar ayının yekunlarına görə, zamin şəxslərin sayı cüzi də olsa, 1 milyon 216 min 029-dan 1 milyon 216 min 580-dək artıb.

Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.

AzVision.az

Son xəbərlər
Digər xəbərlər