6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 26 il fəaliyyət göstərən çörək şirkəti ləğv edilir

2023-cü il dekabr ayının 24-də saat 14-00-da “Göyçay-çörək” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Cəmiyyətin ləğv olunması.

2.Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.

3. Digər məsələlər.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Ünvan Göyçay rayonu, Göyçay şəhəri, Natəvan küçəsi 4-dür. (inzibatı bina)

Qeyd edək ki, bu şirkət 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 484 466.80 AZN-dir və qanuni təmsilçisi Münasib Ağayevdir.

Son xəbərlər
Digər xəbərlər