14 iyun 2026-cı il saat 10:00-da “Hənifə-Tütün” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Balakən rayonunun Hənifə kəndində keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin fəaliyyəti haqqında hesabat.
2. Cəmiyyətin könüllü ləğv edilməsi məsələsinin müzakirəsi.
3. Cəmiyyətin səhmlərinin alqı-satqısı barədə.
4. Digər məsələlər
Xatırladaq ki, ASC 1999-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Sadiq Yusifov İlqar oğludur.







