“LƏL” firmasının nizamnamə kapitalı 99%-dən çox azaldılıb
Banker.az xəbər verir ki, Şəkidə qeydiyyatda olan “LƏL” Firması nizamnamə kapitalı 6 204.40 manat azaldılaraq 50 manat müəyyən edilib. Bu da təxminən 99.2% azalmadır.
Qeyd edək ki, “LƏL” Firması 1997-ci il iyulun 1-də dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Şəki rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 6-da yerləşir.
Qanuni təmsilçisi Abduləli Axundov Lütvəli oğludur.







