“ALMET” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 11-da “ Şüşəplastmas “ ASC-nin yerləşdiyi ünvanda- Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə Cəmiyyətin 2018-ci ilin yekunlarının və mühasibat balansının təsdiqi, mənfəətin istifadəsinə dair məsələnin müzakirəsi və direktorun seçilməsi daxildir.
Banker.az xəbər verir ki, Şüşəplastmas” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019- cu il saat 10-00 da “ Şüşəplastmas “ ASC-də Bakı , Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi Cəmiyyətin 2018-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi, mənfəətin istifadəsinə dair məsələnin müzakirəsi və İdarə heyəti sədrinin seçilməsi, Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin seçilməsi kimi məsələlərdən ibarətdir.
“Nəsimi Məişət Malları “ ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 11-30-da “Şüşəplastmas “ ASC-nin yerləşdiyi ünvanda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə Cəmiyyətin 2018-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi və İdarə heyəti sədrinin seçilməsi daxildir.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (012) 565 -16 -36 nömrəli telefonla əlaqə saxlayıb cəmiyyətdə tanış olmaq mümkündür.