18 C
Baku
Friday, October 24, 2025

Azərbaycanda 5 şirkətin səhmləri dövriyyədən çıxarılır

Bir neçə QSC səhmlərinin dövriyyədən çıxarılmasını elan edib.

Banker.az xəbər verir ki, Azərbaycanda bir sıra Qapalı Səhmdar Cəmiyyətləri (QSC) səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı qərar qəbul edib.

“Sapphire CO” QSC , “Vivatech Project and Construction” QSC, “Stels” QSC, “N-Oil Management” QSC  və “STT Qrup Azərbaycan” QSC bu barədə rəsmi protokollar imzalayıb.

“Sapphire Co” QSC, “Vivatech Project and Construction” QSC, “Stels” QSC və “STT Qrup Azərbaycan” QSC 01 oktyabr 2025-ci il tarixli 10/25 saylı protokola əsasən səhmlərinin dövriyyədən çıxarılmasını elan edib.

“N-Oil Management” QSC isə 24 sentyabr 2025-ci il tarixli 01/07 saylı protokola uyğun olaraq eyni qərarı qəbul edib.

Son xəbərlər
Digər xəbərlər