2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 5 şirkətin səhmləri hərraca çıxarılır – Siyahı

Banker.az xəbər verir ki, hərraca 5 səhmdar cəmiyyətin səhmləri çıxarılır.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş  hüquqi və fiziki  şəxslər iştirak edə bilərlər.

Sifarişlər  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları)  ilə  Hərracların Təşkili Mərkəzində  tanış ola bilərlər.

Pul hərracı 2022-ci il avqust ayının 2-də  saat 09:30-da  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.

Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı
Nizamnamə kapitalının həcmi (manat)
Buraxılmış səhmlərin ümumi sayı
(ədəd)
Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri  (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə
1 Lənkəran Taxıl №122  10.04.1997 Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 137 173936.80 869690 0.20 260435 29.95 52087.00 26043.50 2604.35
2 Salyan broyler   №376  26.12.2000 Salyan rayonu, Xələc kəndi 1120118.00 560059 2.00 168225 30.04 336450.00 168225.00 16822.50
3 Ucar ağac emalı №52  27.02.2004 Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 10 70352.00 35176 2.00 10573 30.06 21146.00 10573.00 1057.30
4 Ucar Tikinti Avtonəqliyyat  №126  27.04.2012 Ucar şəhəri, Dədə Qorqud yaşayış sahəsi 128546.00 64273 2.00 28851 44.89 57702.00 28851.00 2885.10
5 Yevlax Tikinti Quraşdırma №09  23.01.2007 Yevlax şəhəri, Aran qəsəbəsi 65004.00 65004 1.00 19516 30.02 19516.00 9758.00 975.80

 

Son xəbərlər
Digər xəbərlər