8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda 5 şirkətin səhmləri satışa çıxarılır – Siyahı

Banker.az xəbər verir ki, hərraca 5 səhmdar cəmiyyətin səhmləri çıxarılıb.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş  hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaqdır.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində  tanış ola bilərlər.

shm

Son xəbərlər
Digər xəbərlər