7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 6 ayda 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 74,4 faiz, əczaçılıq məhsullarının istehsalı 53,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 35,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 32,0 faiz, mebel istehsalı 31,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, elektrik avadanlıqlarının istehsalı 18,5 faiz, tütün məmulatlarının istehsalı 18,0 faiz, içkilərin istehsalı 14,9 faiz, hazır metal məmulatlarının istehsalı 13,9 faiz, geyim istehsalı 8,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,8 faiz, qida məhsullarının istehsalı 4,6 faiz, kağız və karton istehsalı 4,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 faiz, neft məhsullarının istehsalı 1,9 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,2 faiz, poliqrafiya məhsullarının istehsalı 20,8 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 48,0 faiz, sair sənaye məhsullarının istehsalı isə 61,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər