16 C
Baku
Monday, October 21, 2024

Azərbaycanda 7 ildir ki, fəaliyyət göstərən Şotlandiya şirkəti bazarı tərk etdiyini açıqladı

Azərbaycanda daha bir xarici şirkətin filialı bağlandı.

Banker.az xəbər verir ki, “Forthroad Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, rayonu, Keykəb Xanım Səfərəliyeva küçəsi 16e, Time Business Center, 8-ci mərtəbə ünvanına bildirə bilərlər.

Bildirək ki, “Forthroad Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı  2013-cü ilin may ayında dövlət qeydiyyatına alınıb. Bu bağlanan şirkətin qanuni təmsilçisi Patrick John Heneghan adlı şəxsdir.

“Forthroad Limited” şirkəti 8 İyul 2004-cü ildə Burntisland, Fife şəhərində qeydə alınmış bir şirkətdir. Forthroad Limited 16 ildir fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər