6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 7 səhmdar cəmiyyət özəlləşdirilməyə çıxarılır

Daha 162 dövlət əmlakı hərraca çıxarılıb.

Bu barədə banker.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Dövlət Komitəsi tərəfindən noyabrın 21-də növbəti hərrac keçiriləcək.

Hərraca 162 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Yardımlı, Lənkəran, Neftçala və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, Gəncədə yerləşən 3 saylı avtodayanacaq kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 6-ı sənayə, 15-i xidmət, 10-a yaxını iaşə, qalanları isə digər sahələrə aiddir.

Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Qazax ərazi yun tədarükü və qəbulu idarəsi nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Belə müəssisələrin fəaliyyətinin yenidən bərpası tekstil sahəsinin genişlənməsinə, daxili geyim tələbatımızın ödənilməsinə imkan yaradır.

Bundan başqa Bakının Sabunçu rayonunda yerləşən Kafeteriya da xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 57-i paytaxtda, qalanları isə Sumqayıt şəhərində, Abşeron, Gədəbəy, Ağdaş rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kv.m ilə 287 kv.m arasında dəyişir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.

Müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti kənd təsərrüfatı texnikasıdır. Həmin texnikaların istehsal tarixi 2005-2006-cı illəri əhatə edir.

Son xəbərlər
Digər xəbərlər