3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 9 ayda 7 minə yaxın iş yeri bağlanıb

2022-ci ilin doqquz ayı ərzində ölkədə 6.8 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48.7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

İş yerlərinin 47.1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması,
52.9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan
ixtisarlar ilə əlaqədar bağlanıb.

Qeyd edək ki, 2022-ci ilin doqquz ayı ərzində ölkədə 51.8 min yeni iş yerləri açılıb. Yeni açılmış iş yerlərinin 9.4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89.5 faizi mövcud müəssisə və təşkilatlarda, 0.6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0.5 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər