Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə düşüb

Bu il ərzində Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə daxil edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

O bildirib ki, bu şirkətlər 3 aydan 3 ilə qədər dövlət satınalmalarında iştirak edə bilməyəcək: “İstəyirəm ki, “qara siyahı”ya düşən şirkətlər bunu onlara qarşı hədə-qorxu kimi qəbul etməsin. Əksinə onlar satınalmalarda iştirak edə bilməyəcəkləri müddəti əskikliklərini aradan qaldırmaq, fəaliyyətlərindəki qüsurları aşkarlayaraq düzəltmək üçün fürsət kimi qəbul etsinlər”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər